Böyük Britaniyanın paytaxtı Londonda tramvayın aşması nəticəsində ölənlərin sayı 7-yə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Press Association” agentliyi məlumat verib.
Bundan əvvəl 5 nəfərin öldüyü, 50 nəfərin xəsarət aldığı bildirilirdi.
İnsident bu gün səhər saatlarında Londonun Kroydon rayonunda qeydə alınıb. Tramvayın sürücüsü saxlanılıb. Qəzanın səbəb müəyyənləşdirilir.
***
20:28
Böyük Britaniyanın paytaxtı Londonda tramvay relsdən çıxaraq aşıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın cənub hissəsində qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tramvayın sürücüsü saxlanılıb. Hadisə yerinə 70-dək xilasedici cəlb edilib.
Qəzanın səbəb müəyyənləşdirilir.
***
12:38
Londonda tramvay aşıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Hələlik 5 sərnişin aşmış nəqliyyat vasitəsindən çıxa bilmir.
Hadisə yerində yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər işləyirlər.