Bank Of Baku

Macarıstan XİN: Budapeşt Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib

Macarıstan XİN: Budapeşt Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib
# 12 aprel 2013 11:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Macarıstan XİN-in “Novosti Armeniya” agentliyinin sorğusuna cavabında bildirilir.

 

XİN-in cavabında Macarıstanla Ermənistan arasında diplomatik münasibətlərin kəsilməsinin səbəbləri ətraflı təsvir olunur. Nazirlik rəsmi Budapeştin beynəlxalq hüquq normalarına uyğun hərəkət etdiyini bir daha vurğulayır və Avropa Birliyi səviyyəsində ikitərəfli münasibətlərə müdaxilədən uzaq durmaq qərarına sadiq olduğunu bəyan edir.

 

Qeyd edək ki, rəsmi Budapeştin erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsindən sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR