Bank Of Baku

Macarıstanda qondarma “erməni soyqırımı”na abidə qoyulub

Macarıstanda qondarma “erməni soyqırımı”na abidə qoyulub
# 22 aprel 2013 09:41 (UTC +04:00)

APA-nın Macarıstan mətbuatına istinadən xəbərinə görə, abidə Xristian Həmrəylik parkında, Seqed kilsəsinin yanında ucaldılıb.

 

Ermənistanın Macarıstandakı səfiri Levon Saqsyan (Ermənistan prezidentinin qardaşıdır) bildirib ki, iki xalq arasındakı münasibətlər möhkəmdir və çətinliklər arxada qalıb. Macarıstanın xarici işlər naziri Janos Martoni isə deyib ki, ikitərəfli əlaqələr daha da genişləndirilməlidir.

 

Qeyd edək ki, 2012-ci ilin avqust ayında rəsmi Budapeştin erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsindən sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR