Bank Of Baku

Makedoniyada parlament seçkilərində hakim partiya qalib gəlir

Makedoniyada parlament seçkilərində hakim partiya qalib gəlir
# 11 dekabr 2016 22:42 (UTC +04:00)

Dekabrın 11-də Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən görə, seçkilərdə 41,38% səs toplayan hakim Makedoniyanın Milli Birliyi Demokratik Partiyası galib gəlir. Onun əsas rəqibi -  Sosial-Demokrat İttifaqı seçicilərin 36,02%  səsini toplaya bilib.

 

Hökumət qurmaq uğrunda mübarizə Makedoniyanın sabiq baş naziri Nikola Qruyevskinin  Makedoniyanın Milli Birliyi Demokratik Partiyası və Strumitsa şəhərinin meri Zoran Zayevin Sosial-Demokrat İttifaqı  arasında gedir. Seçkilərdə ümümilikdə 11 siyasi partiya və hərəkat iştirak edib.

 

Qeyd edək ki, ölkədə 2014-cü ildə keçirilən son parlament seçkilərində Makedoniyanın Milli Birliyi Demokratik Partiyası 61, Sosial-Demokrat İttifaqı  isə 34 mandat qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR