Bank Of Baku

Mançesterdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Mançesterdəki terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
# 25 may 2017 00:23 (UTC +04:00)

İngiltərənin Mançester şəhərində törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bununla da saxlanılanların sayı 7-yə çatıb.  Onlardan altısı kişi, biri isə qadındır. 

 

İstintaq terror aktının İŞİD-lə əlaqəli cinayətkar şəbəkə tərəfindən hazırlandığını ehtimal edir. Ötən gün Liviyanın Tripoli şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı və atası həbs edilib.

 

Mayın 23-ə keçən gecə Mançesterdə törədilən partlayış nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 120 nəfər yaralanıb, 9 nəfər itkin düşmüş hesab edilir. Hazırda xəstəxanalarda 64 nəfərin müalicə aldığı, yaralılardan 20-nin vəziyyətinin ağır olduğu bildirilir. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR