Mançester polisi konsert salonunda baş verən terror hadisəsi ilə əlaqədar bir nəfəri saxlayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı açıqlamada deyilir. 23 yaşlı həmin şəxs şəhərin cənubunda tutulub.
Polisdən bildirilib ki, "Arndale" ticarət mərkəzində baş verən insidentin və orada da bir nəfərin saxlanılmasının terror hadisəsi ilə heç bir əlaqəsi yoxdur.