Bank Of Baku

Marneulidə “Radioda bir gecə” filminin nümayişi olub

Marneulidə “Radioda bir gecə” filminin nümayişi olub
# 15 noyabr 2016 03:06 (UTC +04:00)

Bu gün Marneulidəki Mülki Məşğulluq Mərkəzində  Azərbaycan və gürcü dillərində fəaliyyət göstərən  “Marneuli” radiosunun  dəstəyi ilə çəkilən “Radioda bir gecə” adlı qısametrajlı  filmin nümayişi olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni çəkilən film azərbaycanlı və gürcü gənclərinin iştirakı ilə çəkilib. Filmin ssenari müəllifi Pərvin Abdullayev, rejissor-operatoru Rəsul Əsgərovdur. 

 

Film radioda verilişlər hazırlanan zaman əməkdaşların başına gələn qorxunc hadisədən bəhs edir. “Radioda bir gecə” filmində əsas rollarda gənc aktyorlar Mamuka Nozadze, Pərvin Abdullayev, Lika Tabatadze, Rusa Kapanadze və Məryəm Tabatadze çəkiliblər. 

 

 “Marneuli” radiosunun direktoru Kamilə Məmmədova APA-ya açıqlamasında filmin ilk yaradıcılıq məhsulu olduğunu, gələcəkdə  filmin serial şəklində davamı olacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR