Bakı-APA. Bosniya məhkəməsi Bosniya və Herseqovina Federasiyasının prezidenti Jivko Budimirin həbsdən azad edilməsi barədə hökm çıxarıb. APA-nın məlumatına görə, bu barədə Budimirin vəkili Raqib Haciç xəbər verib.
«Məndə olan məlumata görə, bu qərar yaxın vaxtlarda prezidentin həbsxanada olduğu Mostara göndəriləcək və bu gün Budimir azad ediləcək», deyə Haciç bildirib.
Jivko Budimir məhkumların əfv edilməsi barədə qanunsuz qərarlar qəbul etməkdə və rüşvətxorluqda şübhəli bilinir.