Bank Of Baku

Məhkəmə Gürcüstan prokurorluğunun Tiflis merinin səlahiyyətlərinin dayandırılmasına dair müraciətini təmin etməyib

Məhkəmə Gürcüstan prokurorluğunun Tiflis merinin səlahiyyətlərinin dayandırılmasına dair müraciətini təmin etməyib
# 03 mart 2013 03:39 (UTC +04:00)

Bakı-APA. Tiflis Apelyasiya məhkəməsi prokurorluğun Tiflis meri Qiqi Uqulavanın səlahiyyətlərinə  son qoyulmasına dair müraciətini təmin etməyib.  APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Ali Məhkəmənin məlumatına əsasən, Apelyasiya məhkəməsi həmçinin prokurorluğun Tiflis şəhər məhkəməsinin Uqulava barədə qətimkan tədbirinin seçmədiyi ilə bağlı ikinci şikayətini də yolverilməz sayıb.   

 

Apelyasiya məhkəməsi hər iki şikayətə şifahi dinləmə aparmadan baxıb.

 

Qeyd edək ki, prokurorluq Qiqi Uqulavanı özgəsinin əmlakını mənimsəmədə və qanunsuz gəlirlərin leqallaşmasında günahlandırır. Bu ittiham 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

 

Xatırladaq ki, Baş prokurorluq Tiflis meri Qiqi Uqulava barəsində 1 milyon lari məbləğində girov şəklində qətimkan tədbiri seçilməsini, onun səlahiyyətlərinə  son qoyulmasını və ölkədən çıxmasına qadağa qoyulmasını tələbi ilə çıxış edib. Tiflis şəhər məhkəməsi bu şikayətlərin heç birini təmin etməyib.

 

Qiqi Uqulavanın işi üzrə ilkin məhkəmə iclası aprelin 10-na təyin olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR