Bank Of Baku

Mehmet Ağar azadlığa buraxılıb

Mehmet Ağar azadlığa buraxılıb
# 29 aprel 2013 12:06 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Ağar bu gün saxlanıldığı Aydın vilayətinin Yenipazar rayonundakı həbsxanadan buraxılıb.

 

Türkiyə Böyük Millət Məclisinin məhkəmə-hüquq sahəsində qəbul etdiyi yeni qanunlardan sonra M. Ağarın vəkilinin qaldırdığı vəsatət qəbul olunub və keçmiş nazir 1 il nəzarət altında hərəkət etmək şərtilə sərbəst qalıb.    

 

Qeyd edək ki, M. Ağar “Susurluq prosesi” adlandırılan, dövlət-mafiya əlaqələrinin araşdırıldığı cinayət işi üzrə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Mehmet Ağar Türkiyədə əmniyyət gənəl müdiri (polis təşkilatının rəhbəri), daxili işlər və ədliyyə naziri vəzifələrində çalışıb. O, bir müddət Demokrat Partiyasına liderlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR