Bank Of Baku

Mehmet Əli Birandın oğlu və müalicə olunduğu xəstəxana jurnalistin ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Mehmet Əli Birandın oğlu və müalicə olunduğu xəstəxana jurnalistin ölüm xəbərini təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 17 yanvar 2013 10:11 (UTC +04:00)

 

 APA-nın məlumatına görə, “Hürriyet” qəzeti yanvarın 16-da öd kisəsindən əməliyyat olunan 72 yaşlı M. Ə. Birandın beyin funksiyalarının dayandığı xəbərini verib. Lakin jurnalistin oğlu Umur Birand “Twitter” vasitəsilə bu informasiyanı təkzib edərək atasını reanimasiyada olduğunu bildirib və hər kəsdən atası üçün dua etməsini istəyib.

 

M. Ə. Birandın müalicə olunduğu xəstəxanadan da açıqlama gəlib. İstanbuldakı Amerikan Xəstəxanası M. Ə. Birandın reanimasiyada müalicəsinə davam edildiyini bəyan edib.  

 

M. Ə. Birandın xəbər müdiri vəzifəsində çalışdığı “Kalan D” televiziyası da təkziblə çıxış edib.

 

Qeyd edək ki, jurnalist daha əvvəl cərrahiyyə əməliyyatı olunaraq öd kisəsinə stend taxılmışdı. Son cərrahiyyə əməliyyatı stendin dəyişdirilməsi məqsədilə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR