Bank Of Baku

Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"

Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"
# 13 dekabr 2016 13:03 (UTC +04:00)

"Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddəti uzadılmalıdır".

 

APA-nın “Reuters”-ə istinadən yaydığı məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel Fransa prezidenti Fransua Ollandla keçirdiyi görüşdən əvvəl deyib.

 

Onun qənaətinə görə, Rusiyanın Ukraynanın şərqindəki münaqişədə atəşkəsi təmin edən Minsk razılaşmalarına dair  üzərinə götürdüyü öhdəliklərdə heç bir irəliləyiş yoxdur.

 

“Yenidən Rusiyaya qarşı sanksiyların müddətini uzatmaq  ehtiyacı yaranacaq. Halbuki  Minsk prosesin həyata keçirilməsində daha hiss olunan tərəqqi görmək istərdik", - deyə A. Merkel bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR