Bank Of Baku

Məşhur fransız yazıçı vəfat edib

Məşhur fransız yazıçı vəfat edib
# 19 yanvar 2016 03:28 (UTC +04:00)

Bakı-APA. Məşhur fransız yazıçı Mişel Turnye  92 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.

 

Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.

 

Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, “Radio France” və  “Europe 1”-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.

 

M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur “Meşə hökmdarı” əsəri isə Qonkur mükafatına layiq görülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR