Bakı-APA. Aprel ayında mikroinsult keçirdikdən sonra Paris xəstəxanasına yerləşdirilən Əlcəzair prezidenti 76 yaşlı Abdeləziz Buteflika ötən gün evə buraxılıb. APA-nın xəbərinə görə, hal-hazırda Buteflika Parisdədir.
Bir müddət əvvəl Əlcəzair Milli Tibbi Mərkəzin rəhbəri bildirib ki, mikroinsultdan sonra dövlət başçısının səhhətində ciddi fəsadlar müşahidə olunmur və narahatçılığa heç bir əsas olmadığını qeyd edib.
Əlcəzairin “Əl Xəbər” qəzeti Abdeləziz Buteflikanın 2014-cü ildə baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürmək niyyətində olmadığını qeyd edib.
Xatırladaq ki, Abdeləziz Buteflika 1999, 2004 və 2009-cu illərdə Əlcəzairin prezidenti seçilib.