Bank Of Baku

Milli Statistika Xidməti: “Gürcüstan əhalisinin sayında azalma müşahidə olunur”

Milli Statistika Xidməti: “Gürcüstan əhalisinin sayında azalma müşahidə olunur”
# 05 may 2017 23:53 (UTC +04:00)

Son 10 ildə Gürcüstanın əhalisi azalıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidməti yeni məlumat yayıb.

 

Məlumata görə, son on il ərzində Gürcüstanda əhalinin sayı 676 500 nəfər azalıb.  2007-ci ildə əhalinin sayı 4 394 700 olub, 2017-ci il  4 yanvar məlumatına görə, bu rəqəm 3 718 200 nəfər  təşkil edib (1,781,500 kişi və 1 936 700 qadın).

 

Məlumata görə, şəhər əhalisinin sayı 57.2% (2128600), kənd əhalisinin sayı isə  42.8% (1589600) təşkil edib. Hazırda Tiflis şəhərində 1 114 600 nəfər yaşayır.

 

Aparılan sorğu işğal olunmuş rayonlar istisna olmaqla, bütün milli əraziləri əhatə edib. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun proqnozlarına görə, Gürcüstanda  demoqrafik vəziyyət yaxşılaşmasa, 2050-ci ildə əhalinin sayı 2 985 000 nəfərə yaxınlaşacaq.

 

Qeyd edək ki, Gürcüstanda yaşlı və gənc nəsil arasında ciddi balans pozulması müşahidə olunur və bu da əhalinin qocalmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR