Bank Of Baku

Mixael Şumaxerin həyatı üçün ciddi təhlükə yoxdur

Mixael Şumaxerin həyatı üçün ciddi təhlükə yoxdur
# 06 yanvar 2014 22:57 (UTC +04:00)

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu qənaətə Qrenobl hospitalının reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri, professor Jan-Pol Payenin rəhbərliyi altında Şumaxerin müalicəsini aparan həkimlər gəlib.

 

Almaniyanın  “Bild” qəzeti qeyd edir ki, son üç gün ərzində Şumaxerin vəziyyəti nisbətən sabitləşib. Məlumatın mənbəyi və təfərrüatlar açıqlanmır.

 

Yanvarın 6-da hospital nümayəndəsi Şumaxerin vəziyyətinin əvvəlki kimi ağır-sabit olduğu haqqında açıqlama verib.

 

Xatırladaq ki, Mixael Şumaxer dekabrın 29-da Meribel alp kurortunda dağda xizəklə sürüşərkən yıxılaraq ağır kəllə-beyin zədəsi alıb. 45 yaşlı məşhur idmançı süni koma vəziyyətindədir.

 

Şumaxer "Formula-1" yarışlarının və "Ferrari" komandasının tarixində ən uğurlu pilotdur. O, 91 qələbə qazanıb ki, bu da rekord göstəricidir. Alman pilot 2012-ci ildə karyerasını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR