Bank Of Baku

Mixail Saakaşvili: “Əsas nazirləri öz postunda saxlaya bilərdim, lakin yeni hökumətə məsuliyyəti tam şəkildə öz üzərinə götürmək imkanı verdim”

Mixail Saakaşvili: “Əsas nazirləri öz postunda saxlaya bilərdim, lakin yeni hökumətə məsuliyyəti tam şəkildə öz üzərinə götürmək imkanı verdim”
# 22 yanvar 2013 07:49 (UTC +04:00)

 

Bakı-APA. “Çox şey dəyişə bilər, lakin gürcü xalqının Avropaya can atması dəyişməz qalacaq”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

 

O, bir müddət əvvəl Gürcüstanda hakimiyyətin seçkilər yolu ilə dəyişdiyini xatırladıb: “Bu, Gürcüstan tarixində ilk belə hadisədir. İstənilən demokratiyada çoxluq vətəndaşların iradəsinə uyğun dəyişə bilər, lakin xalqımızın Avropaya can atması siyasi durumdan asılı olmayaraq dəyişməz qalacaq. “Rəngli inqilab”ın liderlərindən biri kimi, prezident kimi mənim ümidlərim dəyişməyib. Nə qədər qəribə olsa da, gələcəyə olan ümidlərim artıb. Təəssüf ki, bu gün bir çox gürcü kəndləri yandırılıb və yer üzündən silinib və Rusiya diplomatiyası hələ də öz təsir dairəsində olan dünyanı Abxaziya və Sxinvali rayonunun müstəqilliyini tanımağa məcbur etməkdədir. Düzdür, Avropa Şurasının qətnamələri doğrudan da prinsiplərin mühüm olduğunu dünyaya göstərmək, təsir etmək, etnik təmizləmə siyasətinin qurbanlarına tək olmadıqlarını, Avropa institutlarının onların yanında olduğunu göstərmək üçün çox mühüm alətlərdir. Mən gürcü xalqının minnətdarlığını sizə çatdırmaq istəyir və ümid edirəm ki, bizə qarşı diqqətiniz dəyişməyəcək. Bu diqqət Gürcüstana çox lazımdır və məhz buna görə fə baş katib və prezidentin elan etdiyi islahatlara dəstəyinizə görə təşəkkür edirəm”.
 

Mixail Saakaşvili sonadək demokratiyaya sadiq olacağını vurğulayıb: “Bizim gördüyümüz işlər ilk növbədə Konstitusiyanın prezidentin üzərinə qoyduğu vəzifələrdir. Mən təbii ki, bir neçə ay yeni hökumətin formalaşmasına mane ola bilərdim. Lakin bunu etmədim. Mən öz ədliyyə, müdafiə və daxili işlər nazirlərimi saxlaya bilərdim, lakin biz hökumətə ölkənin növbəti mərhələdə inkişafına görə məsuliyyəti tam şəkildə öz üzərinə götürmək imkanı verdik. Düşünürəm ki, bu, düzgün addım idi. Bu vəziyyətdə prezidentin rolu çox zəif idi və bu neytral hakim rolu onun üzərinə Konstitusiya ilə qoyulub. İndiki Konstitusiya çoxluğunu müsbət dəyərləndirə bilmərəm, çünki bu, şantaj və məhkəmə sisteminə hücumlardan ibarətdir”.

 

Saakaşavili Avropada keçirdiyi gənclik illərini də xatırladıb: “Avropa hüququnu öyrənmək üçün çox yuxusuz gecələr keçirmişəm. Niderlandda tələbə qızla necə velosiped sürdüyümüzü xatırlayıram. O qız sonradan həyat yoldaşım oldu. O zamandan çox şey dəyişib, bircə həyat yoldaşımdan başqa”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR