Bank Of Baku

Mixail Saakaşvili “Rustavi-2” telekanalının baş direktorunun həbsdən buraxılmasını tələb edib

Mixail Saakaşvili “Rustavi-2” telekanalının baş direktorunun həbsdən buraxılmasını tələb edib
# 20 dekabr 2012 10:08 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili müvafiq orqanları “Rustavi-2” telekanalının həbs olunmuş baş direktoru Nika Qvaramiyanı dərhal azad etməyə çağırıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, “Rustavi-2”nin efirində çıxış edən M. Saakaşvili N. Qvaramiyanın şübhə doğuran ittihamlarla həbs olunduğunu deyib və “Rustavi-2” telekanalına təzyiq göstərildiyini söyləyib: “Bütün bunlar bunu edənlər üçün pis qurtaracaq. Xəbərdarlıq edirəm ki, onlar Gürcüstanda qurmaq istədikləri rejimi qurmağa nail ola bilməyəcəklər. Bunu həm prezident, həm də ölkə vətəndaşı kimi deyirəm. Mən müstəqil televiziya şirkətinin direktorunun dərhal həbsdən buraxılmasını və onun həbsində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirəm”.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR