Bank Of Baku

Mixail Saakaşvili baş nazir İvanişvilinin dialoq təklifini alqışlayıb

Mixail Saakaşvili baş nazir İvanişvilinin dialoq təklifini alqışlayıb
# 11 fevral 2013 10:13 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin dialoq barədə təklifini alqışlayıb. APA-nın xəbərinə görə, M. Saakaşvili bunu özünün “Facebook” səhifəsində yazıb: “Baş nazirin “Vahid Milli Hərəkat”ın məhvinə dair ənənəvi çağırışlarını dəyişərək mənim komandam və parlament müxalifətinə dialoq təklif etməsini alqışlayıram”. 

 

M. Saakaşvili bildirib ki, fevralın 8-də Tiflisdə baş verən utancverici hadisələr bir daha təkrarlanmamalıdır: “Siyasi zorakılığa, müxalifətə hücumlara, parlament üzvlərinə təzyiqlərə və təqiblərə son qoyulmalıdır”.

 

Dövlət başçısı bir sıra qanunvericilik təşəbbüslərini və Konstitusiya dəyişikliklərini birgə müzakirə etməyə çağırıb.

 

Xatırladaq ki, fevralın 8-də prezident Mixail Saakaşvilinin xalqa müraciət edəcəyi Milli Kitabxana binasının qarşısında insident baş verib. Əksəriyyəti keçmiş məhbuslar və onların yaxınları olan mindən çox insan binanı mühasirəyə alıb. Tiflis meri və bir qrup müxalifətçi deputat binaya daxil olmağa çalışarkən kütlə ilə onlar arasında qarşıdurma yaranıb. Nəticədə bir neçə nəfər xəsarət alıb, deputat Çiora Taktikaşvilinin burnu qırılıb. M. Saakaşvili çıxışını təxirə salmağa məcbur olub. Polis deputata zərbə endirən şəxs də daxil olmaqla, bir neçə nəfəri saxlayıb. Hadisəyə münasibətini bildirən ABŞ səfiri Riçard Norland baş verənlərə görə məsuliyyəti hökumətin üzərinə qoyub və tərəfləri dialoqa səsləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR