Bank Of Baku

Mixail Saakaşvili Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb

Mixail Saakaşvili Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb
# 21 yanvar 2013 14:55 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya tərəfi ilə təmaslara açıq olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bunu Strasburqda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Gürcüstan tərəfi Rusiya rəhbərliyi ilə bütün səviyyələrdə danışıqlara hər zaman hazırdır. Gürcüstanın lazımi sənədləri imzalamasından sonra Rusiyanın Dünya Ticarət Təşkilatına üzv olduğunu xatırladan M. Saakaşvili son vaxtlar Gürcüstana gələn rusiyalı turistlərin sayının artmasını müsbət qiymətləndirib.  

 

Qeyd edək ki, M. Saakaşvili AŞPA sessiyasında çıxış edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR