Bank Of Baku

Moldova prezidenti Rusiya diplomatlarının qovulmasını pisləyib

Moldova prezidenti Rusiya diplomatlarının qovulmasını pisləyib
# 29 may 2017 19:54 (UTC +04:00)

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İ.Dodob bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

 

“Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar.  Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq”, deyə İ.Dodon bildirib.

 

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR