Bank Of Baku

Moldovada prezident seçkilərinin 2-ci turu keçiriləcək

Moldovada prezident seçkilərinin 2-ci turu keçiriləcək
# 31 oktyabr 2016 07:39 (UTC +04:00)

Moldovada prezident seçkiləri ikinci tura qalıb.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir. İkinci turda Sosialistlər Ppartiyasından olan namizəd İqor Dodon və Avropa yönümlü sağ koalisiyanın nümayəndəsi Maya Sandu mübarizə aparacaq.

 

Oktyabrın 30-da keçirilmiş seçkilərdə İqor Dodon 48,72 faiz, Maya Sandu isə 37,96 faiz səs qazanıb. Yekun rəqəmlər bu gün məlum olacaq. İkinci turun noyabrın 13-də keçiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR