“ABŞ və İran arasında razılaşma əldə edilib və rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək”.
APA xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
“İntensiv danışıqlardan sonra ABŞ və İran arasında sülh müqaviləsi üçün razılıq əldə edildiyini elan etməkdən məmnunuq. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir. Rəsmi imzalanma mərasimi 19 iyun cümə günü İsveçrədə keçiriləcək. Sazişin qüvvəyə minməsi ilə vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Münaqişənin diplomatik həllinin tapılmasına sadiq olduqları üçün ABŞ və İrana təşəkkür edirik”, - Baş nazir əlavə edib.
O, Vaşinqton və Tehran arasında razılığa gəlməkdə göstərdiyi dəstəyə görə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinə də təşəkkür edib.