“Formula-1” Monako Qran-prisinin qalibi “Ferrari” komandasının alman pilotu Sebastyan Fettel olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ikinci yerin sahibi S. Fettelin komanda yoldaşı Kimi Raykkonen, üçüncü yerin sahibi “Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkyardo olub.
S. Fettel 16 ildən sonra Monako Qran-prisində “Ferrari” komandasına qələbə qazandırıb.
“Formula-1”-in növbəti mərhələsi iyunun 9-dan 11-dək Kanadada keçiriləcək.