Bank Of Baku

NATO baş katibi ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında baş verən partlayışı pisləyib

NATO baş katibi ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında baş verən partlayışı pisləyib
# 02 fevral 2013 12:29 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov – APA. NATO-nun baş katibi Anders Foq Rasmussen ABŞ-ın  Ankaradakı səfirliyinin binası qarşısında baş verən partlayışı pisləyib.


APA-nın məlumatına görə, NATO baş katibi bildirib ki, müttəfiq bir ölkə ərazisində olan diplomatik nümayəndəliyə edilən bu ağlasığmaz hücum insan həyatını heçə sayan və qəbuledilməz bir hərəkətdir: “Mən bu hücumu qınayıram. Terrorun heç bir növü xoş görülə bilməz”.


Andres Foq Rasmussen NATO-nun Türkiyə və ABŞ-ı terrorla mübarizədə sona qədər dəstəkləyəcəyini də vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR