Bank Of Baku

NATO Baş katibi Türkiyənin ittifaqdan çıxarılmasına dair çağırışlara münasibət bildirib

NATO Baş katibi Türkiyənin ittifaqdan çıxarılmasına dair çağırışlara münasibət bildirib
# 16 aprel 2018 15:28 (UTC +04:00)

 "Türkiyə İttifaqda açar rol oynayan bir müttəfiqdir. Türkiyə birgə təhlükəsizlik fəaliyyətimizdə öz töhfəsini verir və DEAŞ-a qarşı mübarizədə böyük rol oynayır".

 

APA-nın "NTV"-ə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Ceyns Stotlenberq Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşdən sonra açıqlamasında deyib.

 

"Türkiyə NATO üçün çox işlər görür. NATO Türkiyənin yanındadır. Türkiyə 3,5 milyondan çox qaçqına ev sahibliyi edir. Bugünki görüşdə iyul ayında Türkiyədə keçiriləcək NATO zirvəsinə hazırılıq məsələləri də müzakirə edildi. Çavuşoğlu Afrin əməliyyatı ilə bağlı məni məlumatlandırdı. Zeytun budağı əməliyyatında Türkiyənin şəffaflıqla hərəkət etməsindən məmnunam. Dumada baş verən kimyəvi hücumdan da danışdıq.

Kimyəvi silahlar qadağan edilib. Bununla bağlı beynəlxalq bir razılaşma var. Bu hərbi əməliyyatların məqsədi Suriya rejiminin kimyəvi silah imkanlarının azaldılmasıdır. Bu, bir mesaj verir".

 

 

 

"Türkiyə NATO-dan çıxarılsın" çağırışlarına münasibət bildirən Baş katib  Türkiyənin NATO-nun çox mühüm üzvü olduğunu deyib: " Türkiyənin hərbi infrastrukturuna investisiya təmin edirik. Çox mühüm bir müttəfiqimizdir".

 

 

M. Çavuşoğlu da açıqlamasında deyib ki, Türkiyə üzv ölkələrlə birlikdə NATO-nun genişləndirilməsinin tərəfdarıdır: "NATO-dan terrorla mübarizəmizdə daha çox dəstək gözləyirik. Bütün terror təşkilatları ilə mübarizəyə davam edəcəyik.  Türkiyədə keçiriləcək NATO zirvəsində Suriya, İraq və Liviya kimi regional məsələləri də müzkairə edəcəyik".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR