Bank Of Baku

NATO İranın dünya müharibəsi təhlükəsi yaratmaq barədə ittihamlarını rədd edib

NATO İranın dünya müharibəsi təhlükəsi yaratmaq barədə ittihamlarını rədd edib
# 18 dekabr 2012 01:58 (UTC +04:00)

Bakı-APA. NATO baş katibi Anders Foq Rasmussen Tehranın Türkiyədə “Patriot” raket komplekslərinin yerləşdirilməsinə cavab olaraq Qərbin dünya müharibəsi təhlükəsi yaratmaq cəhdi barədə ittihamlarını təkzib edib.

 

“Mən qəti surətdə bu ittihamları rədd edirəm. Biz əvvəldən aydın şəkildə bəyan etmişik ki, bu tədbir yalnız müdafiə xarakteri daşıyır. Biz orada müttəfiqimiz Türkiyəni müdafiə etmək məqsədi ilə olacağıq və bizim hər hansı hücum niyyətimiz yoxdur”, deyə o qeyd edib.

 

Onun sözlərinə görə, “Türkiyədə “Patriot” raket komplekslərinin yerləşdirilməsindən raket imkanlarından hücum məqsədi ilə istifadə etmək niyyətində olanlar narahat ola bilər”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl İran Silahlı qüvvələrin Baş qərargah rəisi Həsən Firuzabadi bəyan etmişdi ki, Türkiyədə “Patriot” raket komplekslərinin yerləşdirilməsi üçüncü dünya müharibəsi təhlükəsi yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR