Bank Of Baku

NATO və tərəfdaş ölkələr Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək vermək barədə razılığa gəliblər

NATO və tərəfdaş ölkələr Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək vermək barədə razılığa gəliblər
# 24 aprel 2013 07:51 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. NATO ölkələrinin və İSAF üzrə tərəfdaş ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Əfqanıstan təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi mexanizmləri və bu sahədə şəffaflıq və hesabatlılığın təmin olunması tədbirləri razılaşdırılıb. APA-nın NATO mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2014-cü ildə İSAF missiyasının başa çatmasından sonra alyans və onun tərəfdaşları Əfqanıstan polisi  və təhlükəsizlik qüvvələrinə yardım göstərməyə davam edəcək. NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, missiya əfqan tərəfinə təlim keçəcək, zəruri məsləhətlər verəcək və yardım göstərəcək: “Əfqanıstan hökuməti demokratik seçki keçirməyə, korrupsiya ilə mübarizə və insan haqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirməyə və qanunun aliliyinin təmin olunmasına söz verib”.   

 

Qeyd edək ki, Azərbaycan da İSAF missiyasında iştirak edir və missiya başa çatdıqdan sonra Əfqanıstana yardımları davam etdirmək niyyətindədir. Bakı indiyədək Əfqanıstanda müxtəlif layihələrin həyata keçirilməsinə 2 milyon avro ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR