Bank Of Baku

Nazir: "Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq"

Nazir: "Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq"
# 27 iyun 2016 17:08 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. Sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.

 

"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.

 

M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.

 

Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR