Bank Of Baku

Neft hasilatının “dondurulmasının" müzakirəsi OPEK sammitinədək davam etdiriləcək

Neft hasilatının “dondurulmasının" müzakirəsi OPEK sammitinədək davam etdiriləcək
# 29 oktyabr 2016 21:45 (UTC +04:00)

Neft hasilatının “dondurulması” məsələsi OPEK-in noyabrın 30-na nəzərdə tutulmuş  sammitinədək davam etdiriləcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Braziliyanın energetika nazirinin müavini Marsiu Feliks deyib.   

 

“Bu gün sadəcə müzakirələr olub... Bugünkü toplantıda cəmi altı OPEK-ə üzv olmayan ölkə iştirak edib. Bu baxımdan məsələ hələ noyabrın 30-dək müzakirə olunacaq”, - deyə Feliks bildirib.  

 

Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.

 

Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR