Bank Of Baku

Niderland kraliçası oğlunun xeyrinə taxt-tacdan imtina edir

Niderland kraliçası oğlunun xeyrinə taxt-tacdan imtina edir
# 28 yanvar 2013 17:54 (UTC +04:00)

Bakı-APA. Niderland kraliçası Beatriks böyük oğlu Orlean şahzadəsi Villem-Aleksandrın xeyrinə taxt-tacdan imtina edir. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.

 

Niderland kral ailəsindən verilən məlumata əsasən, Beatriks xalqa müraciət edəcək. Müraciətdə taxt-tacdan oğlu Villem-Aleksandrın xeyrinə imtina etdiyini bəyan edəcək.

 

Yanvarın 31-də 75 yaşı tama olacaq Beatriks, 1980-ci ildə anası kraliça Yuliananın imtinasından sonra taxt-taca sahib olub.

 

Şahzadə Villem-Aleksandr Leyden universitetinin tarix fakültəsini bitirib. 2002-ci ildə argentinalı Maksima Sorregyete ilə evlənib. Villem-Aleksandrın 3 qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR