Bank Of Baku

Niderlandda yeni kral taxta çıxıb

Niderlandda yeni kral taxta çıxıb
# 30 aprel 2013 12:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Niderlandda 123 ildən sonra ilk dəfə olaraq taxt-taca kral sahib çıxacaq. APA-nın beynəlxalq agentliklərə istinadən verdiyi məlumata görə, bu gündən etibarən ölkənin kralı 46 yaşlı Villem Aleksandr olacaq. Bu münasibətlə krallığın paytaxtı Amsterdamda və  digər şəhərlərdə şənliklərin, xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Yeni kral Avropada ən gənc monarx olacaq.

 

Qeyd edək ki, Villem Aleksandrın anası, 33 il taxt-tacın sahibi olan 76 yaşlı kraliça Beatriks bu ilin yanvar ayında taxt-tacdan imtina etmək qərarına gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR