Bank Of Baku

Nino Burcanadze prezident seçkilərində iştirak edəcək

Nino Burcanadze prezident seçkilərində iştirak edəcək
# 20 may 2013 14:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze bu il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək. APA-nın “vz.ru” saytına istinadən verdiyi məlumata görə, N. Burcanadzenin sədrlik etdiyi “Vahid Gürcüstan” Partiyası prezidentliyə onun namizədliyini irəli sürüb. Partiyanın açıqlamasında deyilir ki, bu gün Gürcüstana təcrübəli, prinsipial və beynəlxalq nüfuza malik prezident lazımdır.

 

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək. Hakimiyyətdəki “Gürcü Arzusu” Partiyası təhsil naziri Georgi Marqvelaşvilinin namizədliyini irəli sürüb. Mixail Saakaşvilinin liderlik etdiyi “Vahid Milli Hərəkat” öz namizədini ilkin seçki yolu ilə müəyyənləşdirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR