Matteo Renzinin istefasından sonra baş nazir təyin edilən sabiq XİN rəhbəri Paolo Centiloni yeni İtaliya hökumətinin tərkibini açıqlayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeni hökumətin andiçmə mərasimi bu gün prezident sarayında baş tutacaq.
Sabiq daxili işlər naziri Ancelino Alfano XİN-ə rəhbərlik edəcək. Onun yerinə isə terrorla mübarizə üzrə mütəxəssis Marko Minitti gətirilib.
Gözlənildiyi kimi, keçmiş baş nazir Matteo Renzi hökumətinin bir sıra nazirləri postlarında qalıb.
Paolo Centiloni bildirib ki, yaxın iki gün ərzində hökumət parlament qarşısında etimad məsələsini qoyacaq.