Bakı-APA. Fransanın paytaxtı Paris şəhərinin mərkəzində 10 mindən artıq insanın iştirakı ilə mitinq keçirilib. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları üç kürd qadın fəalının qətli ilə bağlı sərt ölçülər görülməsini tələb ediblər.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bundan əvvəl cinayəti araşdırmağı çağırıb və Fransa prezidenti Fransua Ollandan qadağan olunmuş Kürd Fəhlə Partiyası ilə əlaqəsinin səbəbini izah etməyi tələb edib.
Qeyd edək ki, Olland səsləndirdiyi açıqlamasına görə, o və bir sıra başqa siyasətçilər qətlə yetirilən kürd qadın fəallarından birini tanıyırdı.
Xatırladaq ki, yanvarın 9-da gecə PKK terror təşkilatının Fransanın paytaxtı Paris şəhərindəki İnformasiya Bürosuna silahlı basqın olub.
Basqın zamanı büroda olan 3 qadın öldürülüb. Hadisənin kimlər tərəfindən hansı motivlə törədildiyi hələlik bəlli deyil.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Səkinə Cansız, Leyla Söyləməz və Fidan Doğan adlı PKK təmsilçiləridir. S. Cansızın terror təşkilatının qurucularından biri olduğu bildirilir.