Bank Of Baku

Parisin yaxınlığında atışma olub, 3 nəfər yaralanıb

Parisin yaxınlığında atışma olub, 3 nəfər yaralanıb
# 30 aprel 2015 23:58 (UTC +04:00)

Bakı-APA. Parisin şimal ətrafındakı Sent Uen şəhərində dörd üzü maskalı silahlı şəxs 3 nəfərə hücum edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, avtomat silahlardan atəş açan silahlılar daha sonra avtomobilə minərək hadisə yerini tərk ediblər.  

 

Polis əməkdaşları hadisə yerindən iriçaplı silahdan açılan 10-dan çox giliz aşkarlayıb. Hücuma məruz qalanlar 20 yaşlı gənclərdir. Onlardan ikisinin vəziyyəti kritikdir.

 

Polis hadisənin kriminal olay və ya terror aktı olması versiyalarını araşdırır.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR