APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Novruz bayramı münasibətilə Almaniyanın Bonn şəhərində düzənlənən tədbirdə M. Karayılan bildirib ki, martın 23-dən etibarən PKK atəşkəs elan edir.
O, Türkiyə parlamenti və hökuməti xüsusi komissiya və qanuni zəmin yaratsa, geri çəkilə biləcəklərini də bildirib.