Bank Of Baku

PKK Türkiyədə 12 hərbçinin ölümünə görə məsuliyyəti öz üzərinə götürüb

PKK Türkiyədə 12 hərbçinin ölümünə görə məsuliyyəti öz üzərinə götürüb
# 27 aprel 2017 18:55 (UTC +04:00)

PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  qruplaşmanın yaydığı açıqlamada bildirilir.

 

Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni  qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.

 

Aprelin 26-da  HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR