APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Polşanın Tok FM radiosuna açıqlamasında Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib.
“NATO öz sıralarında yalnız o ölkələri görmək istəyir ki, onlar bunu arzulayır və alyansın təhlükəsizliyini möhkəmləndirir. Ona görə də Ukrayna mövzusu bu gün NATO gündəliyində yoxdur”, - deyə o vurğulayıb.
Sikorski Ukraynanın cənub-şərq vilayətlərinin Rusiya tərəfindən işğal oluna biləcəyini də istisna etməyib: “Siz 3 ay əvvəl Rusiyanın Krımı zəbt edəcəyini təsəvvür edə bilərdinizmi?”.
Polşa XİN başçısı həmçinin bildirib ki, ölkəsi yaxın zamanlarda Ukrayna ilə hər hansı birgə hərbi təlimlər keçirməyi planlaşdırmır.