Bakı-APA. Polşada iki nəfər A/H1N1 virusunun, yəni «donuz qripi»nin qurbanı olub. APA-nın məlumatına görə, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Novı-Tarq hospitalında Krakovdan gətirilmiş 50 yaşlı kişi qripdən vəfat edib.
Bundan əlavə Belsko-Byaloy xəstəxanasında A/H1N1 virusunun daşıyıcısı olan kişi ölüb.
Hazırda Belsko-Byaloy xəstəxanasında donuz qripi virusu yoluxmuş 13 nəfər var. Eyni diaqnoz qoyulmuş daha 2 nəfər Şetsindəki xəstəxanaya yerləşdirilib.