Bakı-APA. Portuqaliyanın Koimbra şəhərinin yaxınlığında iki qatarın toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Məlumata görə, Lissabon-Portu marşrutu ilə hərəkət edən sərnişin qatarı Alfareluş stansiyası yaxınlığında qatarla toqquşub.
Qəzaya görə qatarların Lissabonla Portu arasında hərəkəti müvəqqəti dayandırılıb.
Qəzanın səbəbləri araşdırılır.