Bakı-APA. Praqada hökumət əleyhinə bir neçə kütləvi etiraz aksiyası keçirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayişçilər sosial proqramların ixtisarını nəzərdə tutan büdcə islahatlarının ləğv edilməsini, Petr Neças hökumətinin istefasını və növbədən kənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Etiraz aksiyalarını həmkarlar ittifaqı və vətəndaş fəalları təşkil ediblər.
Çexiya həmkarlar ittifaqı konfederasiyası bildirib ki, Praqanın mərkəzində keçirilən aksiyada 25 min nəfər iştirak edib.