Bank Of Baku

Praqada təyyarə partlayış təhlükəsinə görə məcburi eniş edib

Praqada təyyarə partlayış təhlükəsinə görə məcburi eniş edib
# 30 dekabr 2016 22:44 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada Kanar adaları-Varşava marşrutu ilə uçan “Boeing 737” təyyarəsi partlayış təhlükəsi ilə əlaqədar məcburi eniş edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, təyyarədə partlayış törətmək istəyən şəxs zərərsizləşdirilib.

 

Hadisə yerinə gələn Çexiyanın daxili işlər naziri Milan Hovanets bildirib ki, təyyarənin göyərtəsində olan 160 sərnişin təxliyə edilib. Hazırda təyyarə təhlükəsiz yerdə yoxlanılır. Polis faktla bağlı araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR