Bakı – APA. Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) parlament qrupunun bu gün keçirilməli olan toplantısı təxirə salınıb. APA-nın xəbərinə görə, səbəb partiyanın lideri, baş nazir Rəcəb Tayyib Ərdoğanın xəstələnməsidir. Onun soyuqladığı bildirilir.
R. T. Ərdoğan soyuqdəymə səbəbi ilə bir neçə gün evdə dincəlmək qərarına gəlib.