Bank Of Baku

Rəsmi Ankara Kipr probleminin həllinə dair danışıqların bərpasını alqışlayıb

Rəsmi Ankara Kipr probleminin həllinə dair danışıqların bərpasını alqışlayıb
# 11 fevral 2014 15:17 (UTC +04:00)

Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyi Kipr Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti prezidentləri arasında danışıqların bərpasını alqışlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir.

 

Qeyd edək ki, Kipr probleminin nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində bu gün Nikos Anastasiadislə Dərviş Əroğlu arasında görüş keçirilib. Birgə bəyanat layihəsini razılaşdıran prezidentlər Kipr adasında tezliklə federativ dövlətin yaradılması üçün danışıqları sürətləndirmək niyyətlərini ifadə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR