Bank Of Baku

Reuters: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Reuters: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq
# 09 dekabr 2016 23:20 (UTC +04:00)

Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadacaq.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb. 

 

“Heç bir şübhə yoxdur ki, sanksiyaların müddəti uzadılacaq. Çox güman ki, bu, dekabrın 20-dək baş tutacaq”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, dekabrın 15-16-da Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək. Tədbir çərçivəsində Fransa və Almaniya liderləri  Ukraynadakı son vəziyyətlə bağlı sammit iştirakçılarını məlumatlandıracaqlar. Sanksiyalar əsasən maliyyə, müdafiə və energetika sahələrini əhatə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR