Bakı-APA. Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş vermiş terror aktı ilə bağlı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Reyhanlı polis idarəsi məlumat yayıb. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, onların arasında terror aktında istifadə olunan iki minibusu satın almış Mehmet adlı əsas şübhəli şəxs də var.
Hatay valisi Mehmet Cəlaləddin Ləkəsiz şübhəli şəxslər arasında Suriya vətəndaşlarının olmadığını bildirib. O əlavə edib ki, şübhəli şəxslər Samandağ ilçəsinin ərazisindən Suriyaya keçməyə cəhd etsələr də, ələ keçiriliblər.
Mayın 11-də Reyhanlı qəsəbəsində baş verən terror aktında 51 nəfər həlak olmuşdu.