Bank Of Baku

Roma Papası Polşada yıxılarkən xəsarət almayıb

Roma Papası Polşada yıxılarkən xəsarət almayıb
# 29 iyul 2016 00:46 (UTC +04:00)

Bakı-APA. Polşada səfərdə olan Roma Papası Fransisk  dini ayin zamanı huşunu itirərək yıxılması nəticəsində xəsarət almayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat katibi Federiko Lombardi bildirib.

 

Papa yıxıldıqdan sonra ətrafdakı din xadimləri onun köməyinə yetişiblər.

 

“Papa pilləkəni görməyərək,  sadəcə büdrəyib. Papa xəsarət almayıb. Tibbi müayinəyə də  ehtiyac olmayıb”, - deyə Lombardi qeyd edib.  

 

Qeyd edək ki, Roma papası iyulun 26-31 tarixlərində Krakovda keçiriləcək “Ümumdünya gənclər günü” ilə bağlı Polşaya səfər edib. 79 yaşlı Fransisk 2013-cü ilin martından katolik kilsənin rəhbəridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR