Bakı-APA. Roma Papası XVI Benedikt Vyetnamın hakim Kommunist Partiyasının baş katibi Nquyen Fu Çonqla görüşüb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Vatikanın məlumatında bildirilir ki, görüşdə Roma katolik kisəsi ilə rəsmi dini ateizm sayılan ölkə arasındakı münasibətlərdə “həll olunmamış” məsələlər müzakirə olunub. Görüşün təfərrüatları açıqlanmır.
“BBC”-nin müxbirləri qeyd edirlər ki, danışıqlar zamanı XVI Benedikt Vyetnamda xristian azlıqların təqib edilməsi məsələsini qaldıra bilərdi.