Bank Of Baku

Romada yaşayış evi uçub, ana və 8 yaşlı qızı ölüb

Romada yaşayış evi uçub, ana və 8 yaşlı qızı ölüb
# 28 dekabr 2016 23:19 (UTC +04:00)

İtaliyanın paytaxtı Romada yaşayış evinin uçması nəticəsində 40 yaşlı qadın və onun 8 yaşlı qızı ölüb, daha iki nəfəri xilas etmək mümkün olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

 

Xilasedici əməliyyat zamanı bir qadın və bir kişi dağıntılar altından çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar xəstəxanaya çatdırılıb.

 

Roma prokurorluğu faktla bağlı araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR